Kurslarımız
Kursda nələr öyrənəcəyik?
Web Proqramlaşdırma
Web Proqramlaşdırma üzrə təqdim etdiyimiz kurslar HTML, CSS, PHP, JS və s proqramlaşdırma dillərini əhatə edəcəkdir. Kurslarımız bu sahələr üzrə peşəkar tədris proqramı üzrə aparılacaqdır ki, bu da Sizə bu proqramları qısa zamanda mükəmməl öyrənmə imkanı yaradacaqdır. Web Proqramlaşdırma üzrə kursların sonunda sertifikat təqdim edilir.
Digital Marketing
Rəqəmsal (Digital) Marketinq sahəsi son zamanın ən geniş istifadə olunan marketinq sahələrindən biridir. Bu sahə üzrə kurslarımız bunlardır: Rəqəmsal Marketinq və onun əsasları , Google Ads, Sosial Media Marketinq, E-marketing. Kurs və təlimlərin sonunda sertifikat təqdim edilir.
Öz Biznesinə Başla
Öz Biznesinə BAŞLA Kursu Beynəlxalq Əmək Təşkilatının beynəlxalq standartlı təlim kursudur. Təlim kursunda biznesin planlaşdırılması, biznesin qurulması, satışın planlaşdırılması gəlir və xərclər planı və s mövzuları əhatə edir. Təlim kursunu bitirən tam biznes planı hazırlama bacarığına yiyələnir. Təlim kursunun sonunda sertifikat təqdim edilir.
İngilis Dili
Müasir dövrün ən böyük tələblərindən biri İngilis dilidir. Siz bizim ingilis dili kursunda ingilis dilində danışıq, yazma, oxuma, anlama bacarıqlarını xüsusi tədris metodikası ilə öyrənəcəksiniz. Kursun sonunda dil biliyi səviyyəsinə uyğun sertifikat təqdim edilir.
Office
Microsoft Ofis proqramları üzrə tədris kursumuzda Word, Excel, PowerPoint proqramının ən son əlavə və yeniliklərini öyrədilir. Kurslarımızda iştirak edən şəxslər bu proqramlarda peşəkar işləmə bacarıqlarına yiyələnəcəklər. Kursun sonunda sertifikat təqdim edilir.
Python
Python hazırda dünyada ilk beşlikdə yer alan populyar proqramlaşdırma dillərindən biridir. Bu gün Google, Intel, Cisco, Qualcomm, IBM və NASA kimi qrumlar bir çox layihələrini Python dilində işləyib hazırlayırlar. Əgər bu dili öyrənmək istəyirsinizsə, bizə müraciət edə bilərsiniz.