Yüklənir

Sabirabadın İlk Akademiyası 404 Academy 21 dekabr tarixindən xidmətinizdədir!

Sabirabadın İlk Akademiyası 404 Academy 21 dekabr tarixindən xidmətinizdədir!

Bir neçə müddətdir Sizlərə Sabirabadda baş verəcək yeniliklə bağlı müxtəlif xəbərlər təqdim edirdik. Artıq bu yeniliyin fəaliyyətə başlamasına çox az qaldı. Sabirabadda ilk dəfə olaraq informasiya texnologiyaları, robototexnika, biznes, marketinq, mobil və veb proqramlaşdırma dillərini əhatə edəcək kurs və təlimlərin tədrisi ilə məşğul olacaq Akademiya fəaliyətə başlayacaqdır.

Bu tədris ocağında tədris tam müasir formada və ənənəvi üsullardan uzaq bir formatda keçiriləcəkdir. Gənclərin dünya görüşünü, biliklərini artıracaq və gələcəyin ən təlabatlı peşələrini əhatə edən ən innovativ kurs və təlimlərin tədrisi aparılacaqdır.

Akademiyamızın devizi "Gələcəyini bizimlə kodla..." olaraq hədəflədiyimiz əsas məqsəd gənclərin gələcəklərini ən yüksək səviyyədə yaratmaqda onlara yadımçı olmaqdır. Məqsədimiz rayon gənclərinin elmdən, bilikdən, kitabdan uzaqlaşmalarının qarşısını almaq və onlara yaşadıqları yerdən uzağa getməyərək müasir dövrümüzdə ən təlabatlı sənət və peşələrə yiyələnmələrinə imkan yaratmaqdır. Hansıki, onlar bu biliklə dünyanın ən qabaqcıl şirkətlərində işləyə bilər və gələcəklərini ən gözəl formada yarada bilərlər.

Sabirabadın İlk Akademiyası Sizlərə aşağıdakı sahələri əhatə edən kurs və təlimləri təqdim edir: 

✅Kompyuter proqramları (Ofis proqramları)
✅Biznes Planlama "Öz Biznesinə Başla" (Beynəlxalq sertifikatlı)
✅Rəqəmsal Marketinq,SMM
✅Google Marketing ( Beynəlxalq sertifikatlı)
✅Facebook Marketing ( Beynəlxalq sertifikatlı)
✅Microsoft Excel Expert ( Beynəlxalq sertifikatlı)
✅Marketinq
✅Menecment
✅Robototexnika
✅Web Proqramlaşdırma
✅HTML (Beynəlxalq sertifikatlı)
✅CSS
✅JavaScript
✅PHP
✅Bootstrap
✅Python
✅Python Uşaqlar üçün (9-15 yaş)
✅"RoboTEX" uşaqlar üçün robototexnika dərsləri (9-15 yaş)

Hal-hazırda qeydiyyatı başlayan kurs və təlimlərə müraciət etmək üçün bu linkə keçid edin.

Əlavə olaraq qeyd etmək istərdik ki, Mərkəzin binasında "Sabirabad Bookstore" Onlayn Kitab Mağazası da fəaliyyətə başlayır. Siz bu mağazadan ən müasir və təalabatlı kitabları ala və ya sifariş edə bilərsiniz. Amerika, Rusiya və Türkiyədə satışda olan kitabları da bizim mağazadan sifariş edə bilərsiniz. Whatsapp nömrəsinə buradan keçid edə bilərsiniz.

Biz harada yerləşirik?

Sabirabad şəhərinin mərkəzində! :)

Ünvan: Sabirabad şəhəri, İ.İsgəndərov küç: 9 (Mərkəzi Meydan, Sabir məktəbinin yanı)
Mob | Whatsapp: 070 404 6 404
Veb-sayt:  www.404academy.com

 

Bütün Rəylər

image
Senuber

Çox gozel! Uğur diləyirəm. Yazinizdaki hərəkət edən sekilde superdie? Çox sevdim Sabirabada gelende gelecem ora.

20 Dec, 2019

Rəy yaz