
12 Oct 2021
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sabirabad nümayəndəliyinin təşkilatçılığı ilə "Uğurlu karyera yolunda" layihəsi çərçivəsində "Karyera planlaması" adlı təlim baş tutub. Təlimin qonağı "404 Academy" Təhsil Mərkəzinin təsisçisi, Beynəlxalq Əmək Təşkilatı və "Google"-un rəsmi sertifikatlı təlimçisi Ramid Ağayev olub. Təlim zamanı iştirakçılar karyera planlamasının ilkin elementləri ilə tanış olublar, peşə seçimi və onun əsas elementlərini öyrəniblər.
Rəy yaz