404 Academy - Gələcəyini Bizimlə Kodla
Yüklənir

JavaScript Intl.NumberFormat Object

JavaScript Intl.NumberFormat Object

Bəzi hallarda əlimizdəki mövcud olan pul dəyərini yəni numeric dəyəri formalaşdırıb, ölkəyə uyğun və dilə uyğun bir hala gətirmək istəyirik. Bunu JavaScript tərəfində edərkən əvvəllər əlavələrdən istifadə edirdik. Ancaq indi JavaScript proqramlaşdırma dilində Intl.NumberFormat Object ilə bunu etmək olduqca asandır.

Əvvəlcə mövzunu anlayaq, sonra nümunə kodlarla anlamağa çalışaq.

Məsələn, 1200 deyərində pulumuz olsun. Bu formatı Euro kursu olaraq Avropa ölkəsində göstərmək istəsəydim, aşağıdakı kimi olacaqdı.

1.200,00€

Əgər biz bunu dollar kursu olaraq göstərmək istəsəydik, aşağıdakı kimi olacaqdı.

$1.200,00

İndi isə nümunə kodlarımıza baxaq.

let moneyFormat = (locale, currency) => {
    return new Intl.NumberFormat(locale, {
        style: 'currency',
        currency: currency
    });
};

Burada istifadəsi rahat olsun deyə bir funksiya halına gətirdik. İndi isə sırası ilə 1200€ dəyərində  olan pulu Avropa üçün, 1200$ dəyərində olan pulu isə Amerika pul formatlarına çevirək.

console.log(moneyFormat('de-DE', 'EUR').format(1200));
console.log(moneyFormat('en-US', 'USD').format(1200));

Bütün Rəylər

Rəy yaz