Yüklənir

Google'un Oyun Kimi JavaScript Öyrədən Proqram Təminatı

Google'un Oyun Kimi JavaScript Öyrədən Proqram Təminatı

Google'un yeni proqramlaşdırma öyrədən proqram təminatı, bugün Android ve iOS istifadəçilərinin bəyənisinə səbəb olub. Grasshopper adıyla bir mobil oyun qədər əyləncəli proqramlaşdırma öyrənməyinizi istəyən Google, bu dəfə proqramlaşdırma öyrətmək üçün uşaqları deyil, gəncləri də hədəfə aldı.

Grasshopper, Duolingo bənzəri proqramlarda olduğu kimi işin təməlindən başlayaraq proqramlaşdırma bacarığınızı qazanmanıza kömək edir. Hələki bu proqram təminatının ilk hədəfi JavaScript olduğundan onun təməllərindən, funksiyalarından və dəyişənləri üzərindən başlayaraq, Sizi irəli səviyyə bir JavaScript proqramçısına çevirmək istəyir. Proqram içərisində kiçik dərslər şəklində JS-nin təməlləri keçirildikdən sonra, mini puzzle oyunlar köməyi ilə öyrəndiklərinizi praktikaya çevirməyiniz və problemləri həll etməyiniz lazımdır. İşlədiyiniz dərs mövzusunun konseptinə hakim olub, müvəffəqiyyətlər əldə etdiyinizdə Grasshopper avtomatik olaraq işi bir üst səviyyəyə daşıyaraq, Sizin səviyyənizi çətinləşdirməyə davam edəcəkdir.

Grasshopper, rəsmi və can sıxıcı dərslər yerinə işi tamamilə əyləncəli konsept halına gətirərək dizayn edilmişdir. Dialoqlar və dərslər boyunca həll edəcəyiniz örnəklərin keyifli olduğunu görəcəksiniz. Bütün kod bloklarını mobil cihazlardan yazmağın çətin olduğu düşünüldüyündən, Grasshopper bizlərə kod tamamlama özəlliyi ilə sürətli bölmələri keçmə özəlliyini də təqdim edir. Yəni, kiçik bir klaviaturadan funksiyaları yazmağınıza ehtiyac belə qalmır. Bir çox mobil təhsil proqramında olduğu kimi Grasshopperda da gündəlik olaraq irəliləmənizi qeydə alır. Hər günün sonunda Sizə yeni bacarıqlar əldə etmək üçün motivasiya edən bildirimlərlə, eləcə də JavaScript bacarıqlarınızı qazanmağınıza da köməklik göstərir.

Bütün Rəylər

Rəy yaz