404 Academy - Gələcəyini Bizimlə Kodla
Yüklənir

Google Chrome brauzeri istifadəçiləri təhlükəli saytlardan və yüklənmələrdən qoruyacaq

Google Chrome brauzeri istifadəçiləri təhlükəli saytlardan və yüklənmələrdən qoruyacaq

 Google şirkəti Chrome brauzerinin yeni versiyasını təqdim edib. Məşhur brauzerin yeni versiyasının əsas üstünlüyü ondan ibarətdir ki, o, istifadəçiləri zərərli fayllardan və dələduzluqla bağlı saytlardan qoruyur. Şirkətin verdiyi məlumata əsasən hətta hackerlər öz zərərli faylların zərərsiz tətbiq şəklində maskanlanmaları üçün müxtəlif üsullardan istifadə etsələr də brauzerdəki yenilənmiş link yoxlanışı mexanizmi müxtəlif servis istifadəçilərinin özəl məlumatlarını qoruyacaq. Bu barədə 9to5google saytı xəbər verib. Beləliklə Chome 83 versiyasının əsas yeniliklərindən biri də təhlükəsiz internet surfing funksiyasıdır.

Akademiya 404 Sabirabadda uşaqlar üçün kompyuter və proqramlaşdırma kursları təqdim edir. Ətraflı məlumat üçün 404 Academy-nin veb saytına daxil olun və ya Whatsapp-da bizə yazın. Birbaşa Whatsapp-a keçid etmək üçün Whatsapp sözünə klikləyin.

Bu funksiya öz növbəsində istifadəçiləri şübhəli saytlar və zərərli yüklənmələr barəsində xəbərdarlıq edəcək. Nəzərə alsaq ki, bloklanma təhlükəsi səbəbilə fishing resurslar tez-tez öz domenlərini dəyişirlər, Chrome-da real zaman ərzində link siyahısının yenilənməsi mexanizmi reallaşdırılıb. Daha əvvəl brauzerdə bu yoxlanış intervalı 30 dəqiqə təşkil edirdi. Yeni funksiya Chrome 83 brauzerinin təhlükəsizlik ayarlarında istifadəyə verilib. Qeyd etmək lazımdır ki, Chrome 83 artıq WindowsmacOSLinux və Chrome OS üçün istifadəyə verilib. 

Bütün Rəylər

Rəy yaz