404 Academy - Gələcəyini Bizimlə Kodla
Yüklənir

Alimlər insan beyninin 3D çipə kopyalama üsulunu təklif ediblər

Alimlər insan beyninin 3D çipə kopyalama üsulunu təklif ediblər

Böyük texnoloji şirkətlərin və alimlərin əksəriyyəti insan beyninin iş prinsipini imitasiya etməyi bacaran neyromorf elektronik cihazların yaradılması üzərində çalışır. Bəziləri insan beynini çiplə təchiz edir ki, koqnitiv bacarıqlarını itirmiş pasientə onları geri qaytarsınlar və pasienti əlavə bacarıqlarla təchiz etsinlər. Samsung şirkətinin və Harvard Universitetinin alimləri tərəfindən təklif olunmuş yeni texnologiyanın əsasında neyron bağlantılarının yerlərini və güclərini təyin edən nanoelektron massiv dayanır. Mütəxəssislər əmindirlər ki, bu cür texnologiya sayəsində gələcəkdə şüuru 3D çiplərə köçürtmək mümkün olacaq. İnsan beyni təqribi olaraq 86 milyard neyrondan ibarətdir.

Bu neyronlar öz aralarında çox qəliz bağlantıya sahibdirlər. Beynin vacib funksiyalarını təmin edən faktor da məhz bu əlaqədir.

Heç təəccüblü deyil ki, bu cür qəliz əlaqəni elektronik cihazlarda reallaşdırmaq asan məsələ deyil. Bizim, neyronlar barəsində anlayışımızın hələ çox az olmasını nəzərə alsaq, prosesin qəlizlik səviyyəsi daha da yüksəlir. Buna görə də mühəndislərin əksəriyyəti insan beyninə bənzəyən, lakin neyronları tam şəkildə imitasiya etməyən çiplər üzərində çalışırlar. Samsung-un və Harvard Universitetinin alimləri məsələnin kökünə geri dönməyi qərara alıblar və yaddaş çipinin yaradılması texnologiyasını təqdim ediblər. Məlumatda qeyd edilib ki, sözügedən texnologiya beyin imkanlarına yaxındır.

Bütün Rəylər

Rəy yaz