
Kurslarımız
Kursda nələr öyrənəcəyik?
Proqramlaşdırma
Proqramlaşdırma üzrə təqdim etdiyimiz kurslar HTML, CSS, JS, PHP, AngularJS, VueJS, Python və.s proqramlaşdırma dillərini əhatə edəcəkdir. Kurslarımız bu sahələr üzrə peşəkar tədris proqramı üzrə aparılacaqdır ki, bu da Sizə bu proqramları qısa zamanda mükəmməl öyrənmə imkanı yaradacaqdır. Proqramlaşdırma üzrə kursların sonunda beynəlxalq və yerli sertifikatlar təqdim edilir.
Digital Marketing
Rəqəmsal (Digital) Marketinq sahəsi son zamanın ən geniş istifadə olunan marketinq sahələrindən biridir. Bu sahə üzrə kurslarımız bunlardır: Rəqəmsal Marketinq və onun əsasları , Google Ads, Sosial Media Marketinq, E-marketing. Kurs və təlimlərin sonunda sertifikat təqdim edilir.
Öz Biznesinə Başla
Öz Biznesinə BAŞLA Kursu Beynəlxalq Əmək Təşkilatının beynəlxalq standartlı təlim kursudur. Təlim kursunda biznesin planlaşdırılması, biznesin qurulması, satışın planlaşdırılması gəlir və xərclər planı və s mövzuları əhatə edir. Təlim kursunu bitirən tam biznes planı hazırlama bacarığına yiyələnir. Təlim kursunun sonunda sertifikat təqdim edilir.
Robototexnologiya
Müasir dövrün robototexnologiyalarının öyrənilməsi, proqramlaşdırılması üzrə aparılan bir fəaliyyət sahəsidir. Süni intelekt yəni insan məntiqini maşınlara tətbiq etmək və avtomatlaşdırılmış robototexnologiyaları əhatə edir. Gələcəyin ən önəmli sahələrindən birini öyrənmək istəyirsinizsə bizə müraciət edin.
Office
Microsoft Ofis proqramları üzrə tədris kursumuzda Word, Excel, PowerPoint proqramının ən son əlavə və yeniliklərini öyrədilir. Kurslarımızda iştirak edən şəxslər bu proqramlarda peşəkar işləmə bacarıqlarına yiyələnəcəklər. Kursun sonunda sertifikat təqdim edilir.
Python
Python hazırda dünyada ilk beşlikdə yer alan populyar proqramlaşdırma dillərindən biridir. Bu gün Google, Intel, Cisco, Qualcomm, IBM və NASA kimi qrumlar bir çox layihələrini Python dilində işləyib hazırlayırlar. Əgər bu dili öyrənmək istəyirsinizsə, bizə müraciət edə bilərsiniz.

Haqqımızda
Biz kimik?
Rəylər
Akademiya haqqında tələbələrin düşüncələri
Akademiyamıza qatılmaq istəyirsinizsə, üst bölmədə yer alan Müraciət bölməsindən bizə yaza bilərsiniz.
Rayonumuzda belə bir kursun olması çox gözəldir. Mən özüm çox yüksək səviyyədə MS Office proqramlarını məhz 404 Academy müəllimlərindən tədris almışam. Əvvəl düşünürdüm ki, rayonda öyrəndiyim bu biliklər yetərli olmayacaq. Lakin müəllimlərin peşakarlığı məni bu proqramları yüksək səviyyədə öyrənməyimə səbəb oldu. Təşəkkür edirəm!
Aysel Əliyeva
Müəllimə olaraq kompüter üzrə biliklərimin olması zəruri idi. Bu səbəbdən 404 Academy-də kompüter kurslarına yazıldım və çox qısa zamanda kompüter ofis proqramlarını öyrəndim. Bütün müəllimlərə tövsiyyə edirəm ki, kompüter proqramlarını məhz 404 Academy-də öyrənsin. Çox sağolun.
Ləman Quliyeva

404 Academy regionda IT sahəsini inkişafına töhfə verən nümunəvi təhsil mərkəzidir. IT sahəsində professional səviyyədə təhsil almaq istəyən region gəncləri 404 Academy-yə mütləq müraciət etsin. Uğurlar!
Marat Əhmədov

Rayonumuzda belə bir kursun açıldığını eşitdikdə çox sevindim. Düşünürəm ki, Sabirabad rayon gəncləri mütləq bu kursdan yararlanmalıdır. Azərbaycana qayıdan kimi mütləq 404 Academy-də JavaScript üzrə təhsil almağı planlaşdırıram. Akademiyanın müəllim və tələbə kollektivinə uğurlar arzu edirəm.
Allahyar Haqverdiyev
Bloq
Son məqalələrimizi oxuyun
Saytda dərc olunmuş son məqalələrimizi buradan oxuya bilərsiniz.